hia.az
hia.az

“Məktəb problemini həll edə bilsək, nəqliyyat yükü azalacaq”

68 dəfə baxılıb 21-11-2022, 16:44

“Məktəb problemini həll edə bilsək, nəqliyyat yükü azalacaq”


“Ötən həftənin son 3 iş günü orta məktəblərdə payız tətili oldu. Yəqin, hər kəs müşahidə etdi ki, pik saatlarda (xüsusən səhər saatlarında) Bakı küçələrində, o cümlədən şəhərin giriş-çıxış yollarında ciddi nəqliyyat sıxlığı və tıxac yox idi. Bu, illərdir müşahidə etdiyimiz mənzərədir. Deməli, sadəcə uşaqların məktəb problemini həll edə bilsək, hər kəsin, xüsusən Bakı ətrafında məskunlaşan yüz minlərlə sakinin uşaqlarının yaxınlıqdakı məktəbə nəqliyyatsız gediş-gəlişini təmin edə bilsək, paytaxtın nəqliyyat yükü əhəmiyyətli dərəcədə azalar”.

Bu fikirləri hüquqşünas, nəqliyyatçı ekspert Ərşad Hüseynov səsləndirib. O, paytaxt yollarındakı sıxlıq və tıxac probleminin plansız məskunlaşmanın və şəhərdə tikinti sıxlığının artmasının nəticəsində yarandığını bildirib: “Həm şəhər daxilində çoxlu yeni binalar tikilərkən, həm də xüsusən şəhər ətrafında (Xırdalan, Masazır, Binə, Binəqədi və Sabunçuda, ümumiyyətlə hər yerdə) yüz minlərlə yeni evlər tikilərkən məktəb ehtiyacı nəzərə alınmayıb. Şəhərətrafı ərazilərin xeylisində mövcud olan məktəblərin şəraiti (o cümlədən tədrisin səviyyəsi) isə orada yaşayanları qane etmir. Bu səbəbdən on minlərlə şagird fərdi avtomobillər və taksilərlə hər gün şəhər daxilindəki məktəblərə gətirilir və geri qaytarılır.

Odur ki, Bakıətrafı ərazilərdə məktəbə əlçatanlığın təmin olunması, həmin ərazilərdəki mövcud məktəblərdə şəraitin (o cümlədən tədrisin səviyyəsinin) yaxşılaşdırılması istiqamətində ciddi işlər görülməlidir. Eyni zamanda şəhərdəki bəzi məktəblərin digərlərinə nisbətən daha prestijli olması həm faktiki olaraq, həm də oturuşmuş düşüncə olaraq aradan qaldırılmlıdır. Bəzi xüsusi məktəblər (məsələn, təmayüllü məktəblər, özəl liseylər və s.) var ki, onlara uzaq məsafələrdən nəqliyyatla gəlmə zərurəti qalacaq. Onlar üçün ictimai nəqliyyatdan istifadə təşviq edilməli, ictimai nəqliyyatla problem olan hallarda isə mərkəzləşdirilmiş qaydada, təhlükəsizlik tələbləri təmin olunmaqla “Məktəb avtobusları” təşkil edilməlidir”.

Ekspert əlavə edib ki, tıxaclarla mübarizənin sırf nəqliyyatla bağlı istiqamətləri həlledici olsa da, paralel olaraq məskunlaşma problemləri də həll edilməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi