hia.az
hia.az

““Lotu Quli”ni öldürən mən deyiləm” - Xəqan Zeynalovun ilkin ifadəsi

71 dəfə baxılıb 19-11-2022, 15:50

““Lotu Quli”ni öldürən mən deyiləm” - Xəqan Zeynalovun ilkin ifadəsi


2020-ci ilin avqustunda Türkiyənin Antalya şəhərində qətlə yetirilən azərbayanlı “Qanuni oğru”, kriminal aləmdə “Lotu Quli” kimi tanınan Nadir Səlifovu öldürməkdə şübhəli bilinən Xəqan Zeynalovun (Xan Əhmədlinski) məhkəmə prosesi başlayıb.

Manavqat Ağır Cəza Məhkəməsində keçirilən prosesdə Xəqan Zeynalov ifadə verib.
Ətraflı

O, ifadəsində Nadir Səlifovu öldürmədiyini bildirib:

“Nadir Səlifov mənim yaxın dostum olub. Özü məni Türkiyəyə dəvət etdi. Hoteldə qonaq idim. Nadir Səlifov məndən Moskvada olan bir iş adamını qaçırmağımı istəyirdi, qəbul etmədim. Ona görə də mübahisə etdik. Məni yumruqladı. Həmin zalda hamısı silahlı 8 nəfər var idi. Mübahisə edəndə mənə atəş açdılar, mən də özümü qorumaq üçün silahımı çıxarıb sola atəş açdım, Nadir sağda idi. Nadir Səlifovu öldürmək üçün 4 milyon dollar aldığım iddiası böhtandır. Nadir mənim yaxın dostumdur. Nadiri güllələyən mən deyiləm”.

Qeyd edək ki, Nadir Səlifovun qətli ilə bağlı Türkiyə polisi əməliyyatlar keçirib. Əməliyyatlar nəticəsində Əli Mövlamlı, Rəsul Həsənov, Ümid Nəcəfov, Cemil Keleş, Erkan Aşan və vəkil N. A. saxlanılıb. Vəkil N.A. məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb, digər şübhəlilər həbs edilib. Camal Həsənov, Cəfər Əlizadə, Xanımnisə Məmmədova və Namiq Canıyev barəsində isə qiyabi həbs qətimkan tədbiri seçilib. İlk məhkəmədə sadəcə, Cemil Keleş sərbəst buraxılıb.

“Qafqazinfo”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
MƏZƏNNƏ
 Valyuta məzənnəsi