hia.az
hia.az

“İsraildə səfirliyin açılması ilə bağlı sənədi Prezident təqdim edib”

137 dəfə baxılıb 18-11-2022, 17:43

“İsraildə səfirliyin açılması ilə bağlı sənədi Prezident təqdim edib”


“İsrailin hər zaman beynəlxalq təşkilatlarda bizə dəstəyini görmüşük”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Səməd Seyidov deyib.

O qeyd edib ki, İsrail Azərbaycanda 1993-cü ildə öz səfirliyini açıb: “İndi də İsrailin dəstəyini görürük. Beynəlxalq təşkilatlarda işləyənlər bunu bilir, ABŞ-də bunu bilirlər, Avropada bunu bilirlər, bütün başqa qitələrdə bunu bilirlər. Xüsusilə indi dost ölkə ilə, o ölkə ki, 44 günlük Vətən müharibəsində Azərbaycana yardım göstərmiş, Azərbaycanın haqq səsinə səs vermiş ölkə ilə biz əlaqələri genişləndirməliyik”.

Deputat bildirib ki, bu gün İsrailin Tel-Əviv şəhərində səfirliyin açılması ilə bağlı sənədi Prezident İlham Əliyev təqdim edib: “Bununla Azərbaycan-İsrail münasibətləri daha yüksək, yeni müstəviyə keçir. Buna görə, cənab Prezidentə xüsusi minnətdarlığımızı bildirmək lazımdır. Xalqlarımız arasında əlaqələr inkişaf edəcək. Bu səfirlik açılandan sonra bizim haqq səsimizə daha diqqətlə, xüsusi diqqətlə qulaq asmağa başlayacaqlar”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi