hia.az
hia.az

Nazir Agentliyə yeni rəis təyin etdi

135 dəfə baxılıb 18-11-2022, 12:59

Nazir Agentliyə yeni rəis təyin etdi


Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov yeni təyinat edib.

Qaynarinfo-nun əldə etdiyi məlumata görə, nazirin müvafiq əmri ilə Nicat Əliyev Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub.

Nicat Əliyev bundan əvvəl Fövqəladə Hallar Nazirliyinin ləğv edilən Dövlət Material Ehtiyatları Agentliyinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyinin rəisi Hüseynov Vüqar İsfəndiyar oğlunun işdən çıxarılması barədə ilk xəbəri Qaynarinfo ötən gün yayıb. Həmin məlumatda bildirilirdi ki, Kəmaləddin Heydərovun müvafiq əmri ilə Vüqar Hüseynov vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib. Əldə etdiyimiz digər məlumata görə, Vüqar Hüseynovun vəzifəsindən azad edilməsinə səbəb ciddi maliyyə pozuntularının aşkarlanması olub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi