hia.az
hia.az

"Azərbaycan Həftəsini keçirmək niyyətindəyik" - Albaniya Prezidenti

66 dəfə baxılıb 15-11-2022, 21:08

"Azərbaycan Həftəsini keçirmək niyyətindəyik" - Albaniya Prezidenti


“Bu gün mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi burada – Tiranada böyük məmnunluqla qəbul edirəm. Cənab Prezident, bizim dəvətimizi qəbul etdiyinizə, bizimlə apardığınız məhsuldar əməkdaşlığa görə təşəkkürümü bildirmək istəyirəm”.

Bunu Albaniya Respublikasının Prezidenti Bayram Beqay Prezident İlham Əliyevlə mətbuata bəyanatlarla çıxış edən zaman bildirib. O qeyd edib ki, bu, əlaqələrimizin tarixində ilk mühüm dövlət səfəridir:

“Azərbaycan Prezidenti ölkəmizə səfər edib. Belə yüksək səviyyəli səfər münasibətlərimizin inkişaf etdirilməsində, xalqlarımız arasında əməkdaşlığın genişləndirilməsində qarşılıqlı iradəmizin təzahürüdür.

Ölkələrimiz arasında aparılan dialoqa görə dərin təşəkkürümü bildirirəm. Cənab Prezident, çox yaxşı haldır ki, Siz bu gün ölkəmizdəsiniz. Əslində, bu, qarşılıqlı maraq doğuran əməkdaşlığın yeni sahələrini açır. Albaniya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünün qeyd edilməsinə gəldikdə, 2023-cü ildə biz əməkdaşlığımızın daha intensiv mərhələsinə qədəm qoyacağıq.

Biz burada Azərbaycan Həftəsini keçirmək niyyətindəyik. Əslində, bu tədbir ölkənizin burada mədəni baxımdan təşviq olunması üçün önəmlidir. Biz, həmçinin burada ölkənizin səfirliyinin açılması ilə əlaqədar iradəsini bildirdiyinə görə Azərbaycan tərəfinə minnətdarıq və həmin addım ölkələrimiz arasında əməkdaşlığın yaxşı təzahürüdür”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi