hia.az

Rəşad Dağlı narkotik müayinəsindən keçirildi - YENİLƏNİB (VİDEO)

194 dəfə baxılıb 10-11-2022, 17:35

Rəşad Dağlı narkotik müayinəsindən keçirildi - YENİLƏNİB (VİDEO)


Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı Bakı Narkoloji Mərkəzində narkotik müayinəsindən keçirilib.

Parlamentinsesi.az apa-ya istinadən xəbər verir ki, müayinədən sonra meyxanaçı cinayət baş verən yerə aparılıb.

***

11:56

Tanışını qətlə yetirməkdə şübhəli bilinən meyxanaçı Rəşad Dağlı (Əmirov) prokurorluğa gətirilib.

Hazırda Qaradağ rayon Prokurorluğunda onun təqsirləndirilən şəxs qismində cəlb edilməsi işləri aparılır.

Qeyd edək ki, Rəşad Dağlı (Əmirov) kimi tanınan məşhur meyxanaçı ötən gün qonşusunu qətlə yetirib. Qaradağ rayonu Lökbatan qəsəbəsində Rəşad Əmirovla qonşusu, 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyev arasında mübahisə zəminində dava düşüb.

R.Əmirov bıçaqla qonşusunun ürəyinə zərbə endirərək onu qətlə yetirib. 1984-cü il təvəllüdlü Əmirov Rəşad Vaqif oğlu polislər tərəfindən saxlanılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi