hia.az

Şəkidə həbsdə olan şəxs ölüb

159 dəfə baxılıb 4-11-2022, 13:52

Şəkidə həbsdə olan şəxs ölüb

Şəkidə həbsdə olan şəxs ölüb.

“Report”un əldə etdiyi məlumata görə, Şəki Penitensiar Müəssisəsinin Ümumi Ağır rejimli korpusunda saxlanılan Balakən rayon sakini, 1976-cı il təvəllüdlü Qardaşov Rəşad Rafiq oğlu noyabrın 3-də səhhətinin pisləşməsi ilə əlaqədar müəssisənin Tibb Hissəsinə müraciət edib.

Daha sonra o, həkim otağında olarkən qəfildən vəfat edib.

Kamera yoldaşlarının deməsinə görə, mərhum son vaxtlar ürək nahiyəsində olan
ağrılardan şikayət edibmiş

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.

R.Qardaşov qanunsuz olaraq külli miqdarda narkotik saxlamada təqsirli bilinərək Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 may 2020-ci ildən həbsdə saxlanılırdı.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi