hia.az
hia.az

Xersona giriş qadağan olundu - YENİLƏNİB

139 dəfə baxılıb 19-10-2022, 17:11

Xersona giriş qadağan olundu - YENİLƏNİB


Ukraynanın Xerson vilayətinə giriş mülki vətəndaşlar üçün 7 gün müddətinə bağlanıb.

Bu barədə Xersondakı rusyönümlü “rəhbər" Vladimir Saldo “Rossiya 24” kanalının efirində bildirib.


***11:11

Xerson vilayətinin sağ sahilinin sakinləri onları təcili olaraq bölgəni tərk etməyə çağıran SMS alıblar.

Bu barədə TASS məlumat yayıb.

"Hörmətli sakinlər! Ukrayna Silahlı Qüvvələri yaşayış məntəqələrini atəşə tutacaq. Saat 7:00-dan Reçportdan Sol sahilə avtobuslar hərəkətdədir", - mesajda deyilir.

Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo bildirib ki, təhlükəsizlik məqsədilə regionda bir neçə bələdiyyənin “mülki əhalinin mütəşəkkil şəkildə Dnepr çayının sol sahilinə köçürülməsi” elan edilib.

Bundan əvvəl Xerson vilayətinin qubernatorunun səlahiyyətlərini icra edən müavini Kirill Stremousov bildirmişdi ki, Ukrayna Silahlı Qüvvələrinin hücumu yaxın vaxtlarda başlaya bilər.

Bununla əlaqədar Stremousov Dnepr çayının sağ sahilində yerləşən Xerson vilayətinin rayonlarının sakinlərini Rusiyanın digər regionlarına təxliyə etməyə çağırıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi