hia.az
hia.az

“Orxan-Vüsal” MMC-nin fəaliyyəti dayandırıldı (VİDEO)

153 dəfə baxılıb 13-10-2022, 14:16

“Orxan-Vüsal” MMC-nin fəaliyyəti dayandırıldı (VİDEO)


Fövqəladə Hallar Nazirliyi qayda pozuntuları aşkarlanmış maye qazdoldurma məntəqəsinin istismarını dayandırıb.

Bu barədə FHN-dən məlumat verilib.

Qeyd olunub ki, nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi ərazisində fəaliyyət göstərən “Orxan-Vüsal” MMC-yə məxsus maye qazdoldurma məntəqəsində plan üzrə yoxlama aparıb.

Yoxlama zamanı məntəqədə insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb. Belə ki, maye qazdoldurma məntəqəsində istismar olunan tutumların müddətinin bitdiyi, tam texniki müayinələrin aparılmadığı, nəzarət ölçü cihazları və qoruyucu qurğuların yoxlanılmadığı müəyyən edilib.

Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı və insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, maye qazdoldurma məntəqəsinin istismarı dayandırılıb.

Bununla yanaşı, Agentliyin müfəttişləri tərəfindən qeyd olunanlarla əlaqədar maye qazdoldurma məntəqəsinin rəhbərliyi və işçiləri ilə profilaktik söhbət aparılıb, aşkarlanmış texniki təhlükəsizliklə bağlı pozuntuların aradan qaldırılması üçün müvafiq tövsiyələr verilib.

Aparılmış yoxlamanın nəticələrinə dair tərtib olunmuş akt pozuntuların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə təqdim edilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi