Vətən uğurunda ən uca zirvəyə yüksələn şəhidlərimizin məzarlarını təmizləyir, gülləri yeniləyir.
İsmayıl bu missiya üçün hər gün yorulmadan Sumqayıtdan Bakıya, Şəhidlər xiyabanına üz tutur. İnternat evində oxuyan İsmayıl müqəddəs amal uğurunda şəhid olanları bu dünyada sanki qorumağa çalışır…
Parlamentinsesi.az xezerxeber.az-a istinadən xəbər verir ki, Sumqayıtda yaşayan İsmayıl Həsənəliyev vaxt aşırı burdakı şəhidlər xiyabanında da təmizlik işləri aparır.
İsmayıl deyir ki, Şəhidlər xiyabanında təmizliklə kifayətlənmir. Tez-tez şəhid ailələrini də ziyarət edir. O, yaşadığı binanın yaxınlığında üzərində şəhidlərin şəkilləri olan löhvə də quraşdırıb
İsmayıl torpaq uğurunda canından keçən şəhidləri qəlbində daima yaşadacağına söz verir.