hia.az

Prezidentlərin səmimi fotosu erməniləri qıcılandırdı: "Putinə nifrət edirik"

160 dəfə baxılıb 17-09-2022, 15:04

Prezidentlərin səmimi fotosu erməniləri qıcılandırdı: "Putinə nifrət edirik"


Xəbər verdiyimiz kimi, Səmərqənd şəhərindəki Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammitində liderlər arasında qeyri-rəsmi görüş gündəm olub. Sammit çərçivəsində Rəcəb Tayyib Ərdoğan, İlham Əliyev, Emoməli Rəhmon, Vladimir Putin və Aleksandr Lukaşenko səmimi söhbət ediblər.

Görüşə Ermənistanın baş naziri Nikol Paşinyanın getməyi planlaşdırılsa da, sərhəddəki son hadisələrdən sonra Paşinyan Səmərqəndə getməkdən imtina edib.
Prezidentlərin qeyri-rəsmi görüşünü əks etdirən foto isə ermənilərdə əməlli-başlı qıcıq oyadıb.

"Hraprak" nəşri yazır ki, fotoda Putinin səmimi davranışları Ermənistana xəyanətdir. Nəşr erməni xalqının Putinə nifrət etdiyini qeyd edib:

"Putin düşmənlərimizlə masa arxasında oturub, danışır, düşmənimizin dostu isə bizim düşmənimizdir və biz artıq Rusiya Federasiyasının prezidentinə nifrət edirik".Metbuat.az


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi