hia.az

"Ölən erməni hərbçilərin sayı arta bilər" - Köçəryan

246 dəfə baxılıb 16-09-2022, 18:01

"Ölən erməni hərbçilərin sayı arta bilər" - Köçəryan


Sərhəddə ölən erməni hərbçilərin sayı dəyişə (arta) bilər, çünki itkin düşənlər barədə məlumatlar var.

Parlametinsesi.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasının sədri Andranik Köçəryan deyib.

Qeyd edək ki, bu gün Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında bəyan edib ki, təsdiqlənmiş məlumatlara görə, sərhəddə vəziyyətin gərginləşməsi zamanı Ermənistan tərəfindən 135 nəfər ölüb.

"Çoxlu sayda yaralı var. Bizdən itkin düşənlər də var. Yalnız onların taleyi məlum olandan sonra bəlli olacaq ki, bizdə nə qədər ölü və əsir var", - Köçəryan əlavə edib.

Onun sözlərinə görə, itkin düşənlərin ümumi sayı açıqlanmır: "Çünki cəsədlərin bəziləri bizim nəzarətimizdə olmayan ərazidədir".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi