hia.az
hia.az

Bakıda silahlı insident: Ehtiyatsızlıqdan özünü güllələdi

148 dəfə baxılıb 10-09-2022, 14:52

Bakıda silahlı insident: Ehtiyatsızlıqdan özünü güllələdi


Bakı sakini ehtiyatsızlıqdan özünü güllələyib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə sentyabrın 9-na keçən gecə Səbail rayonu ərazisində baş verib.

1957-ci il təvəllüdlü Məsiyev Vahid İsmayıl oğlu yaşadığı G.Əliyev küçəsindəki evində ov tüfəngini təmizləyərkən ehtiyatsızlıqdan atəş açılıb. Nəticədə güllə onun çiyin nahiyəsinə dəyib. 65 yaşlı kişi xəstəxanaya yerləşdirilib.

Hadisə yerindən “İj” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi