hia.az
hia.az

Bakıda məktəbdə insident - Özünü yandırmaq istədi

104 dəfə baxılıb 9-09-2022, 17:54

Bakıda məktəbdə insident - Özünü yandırmaq istədi


Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən F.Bayramov adına 22 saylı tam orta məktəbdə insident baş verib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, əlində benzinlə məktəbə gələn valideyn özünü yandıraraq intihar edəcəyini bildirib. Bundan sonra məktəbdə quraşdırılmış “həyəcan siqnalı” işə salınıb və hadisə yerinə polis əməkdaşları gəlib. İntihara cəhd edən şəxs saxlanılaraq ərazi üzrə polis bölməsinə aparılıb. Burada məlum olub ki, özünü yandıracağını bildirən şəxs övladı həmin məktəbdə təhsil alan 1981-ci il təvəllüdlü T.Hüseynovdur. Onun izahatı alınıb.

Orta məktəbdən “Qafqazinfo”ya bildirilib ki, hadisə barədə aidiyyəti qurumlar məlumatlandırılıb: “Həmin şəxsin psixoloji problemləri var və məktəbin hasarından keçməklə qeyri-qanuni şəkildə məktəb ərazisinə daxil olub”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi