hia.az

Laçın ermənilər üçün BAĞLANDI

180 dəfə baxılıb 31-08-2022, 13:48

Laçın ermənilər üçün BAĞLANDI


Saat 20:00-dan etibarən Laçın dəhlizi ermənilər üçün bağlanıb.

Parlamentinsesi.az xəbər verir ki, Ermənistandan Qarabağa nəqliyyat Zabux (Ahavno) və Laçından (Berdzordan) yan keçərək Şuşanın Berdadzor yarımrayonunun kəndləri vasitəsilə Qarabağa aparan müvəqqəti, tam asfaltlanmış yol ilə təşkil olunacaq.

Ermənistanın Sünik vilayətində Kornidzordan keçəcək əsas yolun gələn ilin yazına hazır olacağı bildirilir.

Rusiya sülhməramlıları əvvəlcə müvəqqəti yolda, daha sonra isə əsas yolda yerləşdiriləcək.

Xatırladaq ki, Laçın dəhlizi, eləcə də onun boyu yerləşən yaşayış məntəqələri (Berdzor, Ahavno və Sus) avqustun 26-da Azərbaycanın nəzarətinə keçib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi