hia.az
hia.az

Sənətçilərimiz Yeni ili necə və harada keçirəcəklər?

853 dəfə baxılıb 29-12-2014, 12:19

Sənətçilərimiz Yeni ili necə və harada keçirəcəklər?

Milli.Az sənətçilərin Yeni il hazırlıqlarını sizə təqdim edir.

Xalq artisti, "Şöhrət" ordenli rəqqasə Roza Cəlilova:

“Yeni ili qızımın ailəsi ilə birlikdə Bakıda qeyd edəcəyəm. Ümumiyyətlə, bayramlar insanlara xoş əhval-ruhiyyə bəxş edir. Mən də bu Yeni ili nəvələrimlə, qızlarımla, oğlumla keçirəcəyəm. Nəvələrim mənim sənətimin davamçılarıdır. Sizi də bu bayram münasibətilə ürəkdən təbrik edirəm. Qoy həmişə qəlbinizdə sevinc hissi olsun! Amin”.

Xalq artistləri Xuraman və Fidan Qasımova bacıları:

“Bu il bayramı tanınmış teleaparıcı Nuranla birlikdə Almaniyada keçirəcəyik. Qeyd edək ki, biz bir ay bundan öncə oradan gəlmişik, amma bu bayramda biz onu tək qoya bilmərik. Bir bilsəniz, Nuran bu xəbərə necə sevindi. Allah onu tezliklə bizə qaytarsın! Amin! Bayramınız mübarək!”

Xalq artisti Səfurə İbrahimova:

“Yeni ilinizi təbrik edirəm, hamı kimi ümumi bayram keçirəcəyəm. Hal-hazırda o qədər problemim var ki, heç bu haqda düşünmürəm”.

Xalq artisti Elmira Şabanova:

“Bayramda Moskvaya, oğlumun yanına gedəcəyəm. O, bayramı onunla birlikdə Moskvada keçirməyimi istədi. Etiraz etmədim. Qarşıdan gələn Yeni il bayramınızı təbrik edirəm! Bütün tamaşaçılara təbriklərimi çatdırın”.

Xalq artisti Həmidə Ömərova:

“Hər il Yeni ildə xarici ölkəyə getməyi planlaşdırsam da alınmır. Elə bu il də oğlumla birgə xarici ölkəyə getmək istəyirdim, yenə baş tutmadı. Hər bir şey yaxşı gedir, son anda ortaya problem çıxır (gülür). Həm də oğlumun sessiya imtahanları başlayır, onun üçün bu Yeni ili də evdə ailəm və doğmalarımla birgə keçirəcəyəm. Sizin də rəhbərliyiniz başda olmaqla bayramınızı təbrik edirəm, xoş xəbərlər yayasız!”

Xalq artisti Zemfira Nərimanova:

“Ənənəyə sadiq qalaraq bu Yeni ildə də xarici ölkədə olacağam. Haraya gedəcəyimi açıqlamıram, bu qoy sirr qalsın. Onu deyə bilərəm ki, bayramda qohumlarımla, rəfiqələrimlə birgə olacağam. Onlardan hədiyyələr də alacağam, təbii ki, mən də hədiyyə verəcəyəm. Portalınızda çalışan əməksevər insanların hamısını Yeni il bayramı münasibəti ilə təbrik edirəm! Allah sizləri qorusun!”

Xalq artisti Səidə Quliyeva:

“Bilirsiniz ki, mən ailəmə çox bağlı bir insanam. Ona görə bu Yeni ili də ənənəyə sadiq qalaraq ailəmlə keçirəcəyəm. Məncə, bayram günlərində hər bir kəs ailənin ocağına yığılmalıdır. Bayramı xaricdə keçirənlərin əleyhinə deyiləm, amma bu əlamətdar günləri birlikdə keçirmək lazımdır. Allah hər bir kəsin ailəsinə ruzi-bərəkət versin!”

Xalq artisti Firəngiz Mütəllimova:

“Yeni ili bacılarımla, bacım uşaqları ilə birlikdə evimizdə keçirəcəyik. Biz 3 bacıyıq və bayram günlərində bir-birimizə həmişə kömək edirik. Gözəl yeməklər bişirməyi bacardığım üçün işin ağırlığı mənim üzərimə düşür. Uşaq olanda, yadımdadır, hinduşkanı qarın altından çıxarıb bişirirdik, plovun üstünə qoyurduq. İndi hinduşka var, qar yoxdur (gülür). Plov hazırlayacağam, şabalıdını da çox edəcəyəm. Allah bu təzə ildə xəstəlikləri, bəlaları bizlərdən uzaq etsin! Mən də sizi təbrik edirəm!”

Xalq artisti Bəsti Cəfərova:

“Yeni ili bacılarımla birlikdə qeyd edəcəyəm. Mən bacılarıma çox bağlı bir insanam, indiyə kimi də bizim aramızda heç bir problem yaşanmayıb. Evdə bayram keçirməyin tərəfdarıyam, çünki ili necə yola salarsan, eləcə də qarşılayarsan. Bu yeni ildə istəklərimin çoxu qızım Fidanla bağlıdır. Onun da arzularına çatmasını Allahdan istəyirəm. Bayramınız mübarək!”

Xalq artisti Zərnigar Ağakişiyeva:

“Hal-hazırda bir az xəstəyəm. Özümü o qədər də yaxşı hiss etmirəm. Günün çox vaxtını yatıram, çünki başqa işim də yoxdur axı (gülür). O ki qaldı bayramı harada və necə keçirməyimə... Onu deyim ki, dəbdəbəli bayram keçirməyin tərəfdarı deyiləm, Yeni ili də qohumlarımla birlikdə keçirəcəyəm. Ya mən onlara gedəcəyəm, ya da onlar mənim evimə gələcəklər”.

Teleaparıcı Ceyran Rəhimova:

“Yeni ili harada keçirməyimi adətən əvvəlcədən planlaşdırmıram. Onun üçün də bu haqda dəqiq bir söz deyə bilmərəm. Bu bayramı hər il ailəmlə, doğmalarımla qarşılayıram. Ola bilsin ki, Qubaya getdik, ailəlikcə orada keçirdik. O ki qaldı kimdən hədiyyə gözləməyimə... İnsanları bir-birinə hədiyyə bağlamamalıdır, ona görə də onu gözləməzlər. İnsanın doğmalarına bayram günü diqqət göstərmək borcudur. Sizin də Yeni ilinizi təbrik edirəm, xoş xəbərlərinizi oxuyaq!”

Xalq artisti Zülfiyyə Xanbabayeva:

“Yeni ili ailəmlə birlikdə evdə qeyd edəcəyəm. Bu bayramı mən ad günümdən də çox sevirəm. Yeni il mənim ən sevimli bayramımdır. Sizi də, xalqımızı da təbrik edirəm, inşallah, bu il də uğur sizinlə olar!”

Xalq artisti Məleykə Əsədova:

“Yeni ildə Türkiyədə olacağam, artıq ayın 29-dan Türkiyəyə yola düşürəm. Qızımla birlikdə orada olacağıq. Bir neçə gün Türkiyədə gəzib istirahət edəndən sonra Bakıya qayıdacağam. Qızıma mən bu Yeni il istirahətini hədiyyə edirəm. Allah bütün balaları saxlasın, Güləri də. Bayramınız mübarək!”

Xalq artisti Fatma Mahmudova:

“Bir neçə həftə bundan öncə ödümdən əməliyyat olundum. Onun üçün də bayram əhvalım heç yoxdur. Evdə qızımla birlikdə olacağam. Yəqin ki, qonaqlar da olacaq. Bir də bayram günlərində efirdə verilişin qonağıyam. Sizin də bayramınızı təbrik edirəm!”

Əməkdar artist Naibə Allahverdiyeva:

“Yeni ili xarici ölkədə rəfiqələrimlə birlikdə keçirəcəyəm. Amma hələ ki, hansı ölkəyə gedəcəyimi açıqlamaq istəmirəm, gedib-gələndən sonra bu haqda danışaram (gülür). Qızım Məryəmi özümlə birlikdə aparmaq istəsəm də o, imtahanları olduğu üçün mənimlə gedə bilmir. Bayramınız mübarək, əziz tamaşaçılar və oxucular! Saytınızın əməkdaşlarını rəhbərliyiniz başda olmaqla ürəkdən təbrik edirəm! Səsiniz daima zirvələrdən gəlsin!”

Əməkdar artist Almaz Ələsgərli:

“Bayramı rəfiqələrimlə birlikdə evdə keçirəcəyəm. Desəm ki, planda xarici ölkəyə getmək var, yalan olar. Qızımın biri də mənim yanımda olacaq. O biri qızım isə xaricdə işlədiyi üçün orada da qalır. Adətən bayram günlərində mən sevdiklərimə hədiyyələr də verirəm. Onlar da mənə. Ən çox sevdiyim hədiyyə isə ətirdir”.

Əməkdar artist Gülnar Salmanova:

“Yeni il günü oğlum və nəvələrim yanımda olacaqlar. Mənim üçün bundan böyük xoşbəxtlik ola bilməz. Çünki mən nəvələrimi çox sevirəm. Onlara baxdıqca yaşamaq eşqim çoxalır. Allah bütün insanlardan xəstəlikləri uzaq etsin! Qoy üzümüzə gələn yeni il bizlərə dərdsiz-bəlasız günlər gətirsin. Bayram günündə məni yada saldığınız üçün sizə də təşəkkür edirəm”.

Əməkdar artist Firuzə İbadova:

“Hər il Yeni ili ailəmlə evdə keçirirəm. Bu il də ənənəyə sadiq qalacağam. Bayramınızı təbrik edirəm”.

Əməkdar artist Nahidə Orucova:

“Bu il Yeni ili Qubada keçirəcəyəm. Mən burada Hadisə, Röya və Alişanın konsertlərinə qatılacağam. Təbii ki, tək olmayacağam, rəfiqələrim və bütün sevdiklərim yanımda olacaqlar. Sizin də bayramınız mübarək!”

Xalq artisti Brilliant Dadaşova:

“Yeni ili Türkiyədə azəri bacı-qardaşlarımızla birlikdə keçirəcəyik. Burada, Türkiyə konsulluğunda gözəl bir bayram qeyd edəcəyik. Sizi də 2015-ci il münasibəti ilə təbrik edirəm!”

Əməkdar artist Mehriban Xanlarova:

“Yeni ili ailəmlə birlikdə Bakıda keçirəcəyəm. Kimi dindirirsən, elə xaricə qaçır. Nə var ki xaricdə? (gülür). Heç bir ölkəyə, yaxud rayona getməyəcəyəm. O ki qaldı hədiyyələrə... Hamıdan hədiyyə gözləyirəm. Sizi də bayram münasibəti ilə təbrik edirəm!”

Əli Rəhimoğlu


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi