hia.az
hia.az

Qarabağda yeni hərbi əməliyyat gözləniləndirmi? - Ekspert danışır

161 dəfə baxılıb 16-08-2022, 11:54

Qarabağda yeni hərbi əməliyyat gözləniləndirmi? - Ekspert danışır


Azərbaycan Respublikasının Müdafiə naziri, General-polkovnik Zakir Həsənov avqustun 13-də Mərkəzi Komanda Məntəqəsində xidməti müşavirə keçirib. Toplantıda nazir müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, eləcə də videobağlantı vasitəsilə azad edilən ərazilərdə dislokasiya olunan hərbi birlik və birləşmə komandirləri iştirak ediblər. Nazir orduya Qarabağdakı əməliyyat şəraiti ilə bağlı göstəriş verib. Müzakirə zamanı Azərbaycan Ordusunun bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı təhlil edilib. Nazirin təlimatı barədə "Sherg.az"a danışan hərbi ekspert Ramil Məmmədlinin sözlərinə görə, Azərbaycan ordusu sadalanan istiqamətlərdə illərdir, zəruri, qabaqlayıcı işlər həyata keçirir:

"Göstəriş xüsusilə də, "Qisas" əməliyyatından sonra Qarabağda ordunun nəzarətdə saxlanması və baş verə biləcək təxribaların qarşısını almağa hesablanıb.

Həmçinin provokasiyaları əngəlləmək məqsədilə antiterror əməliyyatlarının reallaşdırılması üçün nəzərdə tutulub.

Ordu bölmələrinə bölgədə yaşanacaq hər hansı qarşıdurmanı dayandırmaq üçün dərhal əks-hücum əməliyyat tədbirlərinin yerinə yetirilməsi barədə əmr verilib.

Həmçinin erməni hərbi birləşmələrinin mövqeləri və atəş məntəqələrinin sıradan çıxarılması tapşırılıb. Bu da təbii ki, həmin sahədə Azərbaycan Silahlı Qüvvələrinin daha peşəkar xidmət aparmasına vəsilə olacaq".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi