hia.az

Peskovdan Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA

189 dəfə baxılıb 4-08-2022, 18:59

Peskovdan Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA


Kremldə Qarabağdakı gərginlikdən dolayı narahatdır və tərəfləri sakitliyə və üçtərəfli razılaşmaların icrasına çağırır.

Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında bildirib.

O, sabah Soçidə keçiriləcək Putin-Ərdoğan görüşündə bu məsələnin müzakirə olunacağını istisna etməyib.

Peskov Paşinyanın “bölgədəki Rusiya sülhməramlı kontingentinin fəaliyyətinin müəyyən suallar doğurduğunu” dair fikrinə də münasibət bildirib.

“Ermənistanla müxtəlif səviyyələrdə mövcud olan sıx əlaqələr İrəvanın Qarabağdakı Rusiya sülhməramlılarının işi ilə bağlı suallarını aydınlaşdırmağa yardım edir", - Peskov əlavə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi