hia.az

İqtisadiyyat Nazirliyinin vəzifələri artırıldı

197 dəfə baxılıb 3-08-2022, 18:26

İqtisadiyyat Nazirliyinin vəzifələri artırıldı


İqtisadiyyat Nazirliyinin vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla ““www.azexport.az” internet portalı haqqında Əsasnamə”yə edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, “www.azexport.az” internet portalının fəaliyyəti ilə əlaqədar İqtisadiyyat Nazirliyi tərəfindən fiziki və hüquqi şəxslərin vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) barədə məlumatlar və “ASAN imza” sertifikatının verilməsi ilə bağlı informasiyalar portala inteqrasiya ediləcək.

Eyni zamanda, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” fərmana dəyişiklik edilib. Dəyişikliklə İqtisadiyyat Nazirliyi yerin təkindən istifadə sahəsində fəaliyyət göstərən fiziki və hüquqi şəxslər tərəfindən vergi qanunvericiliyinin pozulması hallarının qarşısının alınmasını təmin edəcək. Həmçinin, Nazirliyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Mineral Xammal Bazasının Bərpası üzrə Dövlət Fonduna ayırmaların həyata keçirilməsinə nəzarəti gücləndirmək tapşırılıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi