hia.az

Bu vəzifəli şəxslərin siyahısı genişləndirilib

177 dəfə baxılıb 2-08-2022, 18:27

Bu vəzifəli şəxslərin siyahısı genişləndirilib


Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin siyahısı genişləndirilib.

Bu, Prezident İlham Əliyevin fərmanı ilə “Xüsusi dövlət rabitəsi ilə təmin olunan vəzifəli şəxslərin Siyahısı”na edilən dəyişiklikdə əksini tapıb.

Fərmana əsasən, aşağıdakılar da hökumət rabitəsi ilə təmin olunan vəzifəli şəxslər siyahısına əlavə edilib:

- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti) üzrə:

- Dövlət Vergi Xidmətinin Aparat rəhbəri və onun müavinləri;

- Dövlət Vergi Xidməti Aparatının struktur bölmələrinin rəisləri və onların müavinləri;

- Dövlət Vergi Xidmətinin strukturuna daxil olan qurumların rəisləri və onların müavinləri.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi