hia.az
hia.az

İranda edam olunanların sayı günbəgün ARTIR

161 dəfə baxılıb 29-07-2022, 16:03

İranda edam olunanların sayı günbəgün ARTIR


Bu il yanvardan iyuladək İranda 251 nəfər edam olunub.

AzadMedia.az İran mətbuatınan istinadən xəbər verir ki, məlumatı "Amnesty International" və Abdullah Rəhman Brumand Fondu yayıb.

Məlumatda qeyd olunur ki, əgər ölüm hökmlərinin icrası belə davam edərsə, statistika 2021-ci ildəki edam göstəricisini ötə bilər.

Qeyd edək ötən il İranda 314 nəfər edam edilib. Bu il edam olunanlardan 86-sı narkotik maddələrin satışı və yayılması ilə bağlıdır. Lakin beynəlxalq qanunlara əsasən, narkotikin istifadəsi və satışıə ilə məşğul olanlar edam olunmurlar.

Həmçinin BMT-nin Baş katibi Antonio Qutteriş İranda edamların artmasından narahat olduğunu vurğulayıb.

Əlavə məlumat üçün qeyd edək ki, 2021-ci illə müqayisədə bu il dünyada edamların sayı artıb. Əsas səbəblərindən biri İranda ölüm hökmlərinin icrası olaraq göstərilib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi