hia.az
hia.az

Arif Hacılının müşaviri HƏBS OLUNDU

153 dəfə baxılıb 27-07-2022, 16:46

Arif Hacılının müşaviri HƏBS OLUNDU


Müsavat Partiyası sədrinin müşaviri Əlikram Xurşudov həbs edilib.

Sosial şəbəkələrdə onun iyulun 20-də Nazirlər Kabinetinin qarşısında keçirilmiş aksiyaya görə həbs edildiyi iddia olunub. Qeyd edilib ki, Ə.Xurşudov siyasi baxışlarına görə və aksiyada quru sərhədlərin bağlı qalmasına etiraz etdiyi üçün həbs edilib.

DİN-in Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov “Qafqazinfo”ya bildirib ki, iddialar həqiqəti əks etdirmir:

Əlikram Xurşudov dünən Səbail rayonunda ictimai qaydanı pozduğu üçün polis əməkdaşları tərəfindən intizama dəvət olunub. Lakin o, buna məhəl qoymayaraq öz hərəkətlərini davam etdirib. Polisin qanuni tələbinə tabe olmayaraq müqavimət göstərib. Buna görə də Əlikram Xurşudov barəsində inzibati protokol tərtib olunaraq Səbail Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə o, 30 sutka inzibati həbs edilib.

Bir daha qeyd edirik ki, Əlikram Xurşudovun həbsinin onun siyasi baxışları və 20 iyuldakı aksiya ilə heç bir bağlılığı yoxdur”.

Xatırladaq ki, Müsavat Partiyasının sədri Arif Hacılıdır. Ə.Xurşudov iyulun 20-dəki aksiya zamanı ərazidən uzaqlaşdırılmışdı.

Arif Hacılının müşaviri HƏBS OLUNDU


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi