hia.az

Lavrov Qərbə ÇAĞIRIŞ ETDİ

156 dəfə baxılıb 18-07-2022, 12:50

Lavrov Qərbə ÇAĞIRIŞ ETDİ


Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Qərbi Ukrayna ilə barışıq əldə etməməkdə günahlandırıb və onları “ədalətli oynamağa” çağırıb.

O, bu barədə Rusiyanın “İzvestiya” nəşrinə müsahibəsində danışıb.

“İllüziyalar dünyasından olan kollektiv Qərb yer üzünə qayıtmalıdır. Səhnələşdirmələr nə qədər davam etdirilsə də, nəticə verməyəcək. Şulerin qaydalarına görə deyil, beynəlxalq hüquqa əsaslanaraq ədalətli oynamaq vaxtıdır”, - Lavrov bildirib.

Lavrov həmçinin dünyaya dövlətlərin suveren bərabərliyi prinsipini xatırladıb:

“Hər kəs BMT Nizamnaməsi və bütün dünya nizamı üçün əsas olan dövlətlərin suveren bərabərliyi prinsipinə hörmət əsasında çoxqütblü dünyanın formalaşması kimi obyektiv tarixi proseslərə alternativin olmadığını nə qədər tez başa düşsə, bir o qədər yaxşıdır. Əgər Qərb alyansının üzvləri bu prinsiplə necə yaşamağı bilmirlərsə, bərabər təhlükəsizlik və əməkdaşlığın universal arxitekturasını qurmağa hazır deyillərsə, qoy hamıya sülh bəxş etsinlər, öz düşərgəsinə zorla sürməyi dayandırsınlar".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi