hia.az
hia.az

“Türkiyə ilə razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”

164 dəfə baxılıb 7-07-2022, 15:35

“Türkiyə ilə razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”


“Ermənistan-Türkiyə sərhədinin açılmasına dair ilk razılaşmaların həyata keçirilməsi üzrə işə başlamaq lazımdır”.

Parlamentinsesi.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib.

Onun sözlərinə görə, razılaşmaların həyata keçirilməsi üçün hər iki ölkənin müvafiq qurumlarının bu prosesi koordinasiya etməsi çox vacibdir.

Xatırladaq ki, iyulun 1-də Vyanada Türkiyə və Ermənistanın xüsusi nümayəndələri – Serdar Kılıç və Ruben Rubinyan arasında dördüncü görüş baş tutub. Görüş zamanı Türkiyə və Ermənistan arasında quru sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılmasına dair razılıq əldə olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi