hia.az
hia.az

Bu gün ermənilər tərəfindən öldürülən Zəhra və nənəsinin ildönümüdür - FOTO

182 dəfə baxılıb 4-07-2022, 11:21

Bu gün ermənilər tərəfindən öldürülən Zəhra və nənəsinin ildönümüdür - FOTO


Bu gün qızcığaz Zəhra Quliyeva və nənəsinin ermənilər tərəfindən vəhşicəsinə öldürülməsindən 5 il ötür.

2017-ci ilin iyulun 4-də Ermənistan silahlı qüvvələrinin həmin dövrdə işğal altında saxladığı Füzuli rayonunun Alxanlı kəndində atəşi nəticəsində 51 yaşlı Allahverdiyeva Sahibə və onun 2 yaşlı nəvəsi Quliyeva Zəhranın öldürülüb, 52 yaşlı Quliyeva Sərvinazın isə ağır yaralanması baş verib.

Mərminin atəş trayektoriyası, Alxanlı kəndində legitim hərbi hədəflərin və ya hərbi zərurət doğuran hər hansı obyektin olmaması açıq şəkildə göstərir ki, Ermənistan silahlı qüvvələrinin məqsədi qəsdən və hədəflənmiş şəkildə mülki insanların öldürülməsi olub. Körpə uşağın və yaşlı qadının qəsdən öldürülməsi alçaqlıq, şərəfsizlik, və qorxaqlıqdır.

Ermənistan silahlı qüvvələri tərəfindən mülki insanların hədəfə alınması və öldürülməsi təsadüfi və ya sıradan olan hallar olmayaraq zamanla sistematik xarakter daşıyıb və silahlı qüvvələrin təlim prosesinə daxil edilmiş dövlət siyasətidir.



BAKU.WS


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi