hia.az
hia.az

DYP əməkdaşları Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində çox böyük əzmlə fəaliyyət göstərib

443 dəfə baxılıb 16-06-2022, 17:48

DYP əməkdaşları Bakıda keçirilən "Formula 1" üzrə Azərbaycan Qran-prisində çox böyük əzmlə fəaliyyət göstərib


Azərbaycan polisi icra hakimiyyətinə Daxili İşlər Nazirliyinin strukturuna daxil olan vahid mərkəzləşdirilmiş hüquq-mühafizə orqanıdır. Daxili işlər orqanının hər bir əməkdaşı “Polis haqqında” Qanunla müəyyənləşdirilmiş səlahiyyətləri həyata keçirən dövlət qulluqçusudur. Polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Bir sözlə, polisin əsas vəzifələri ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək, cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək, qanunvericiliklə müəyyənləşdirilmiş səlahiyyətlər daxilində inzibati tənbeh və ya başqa təsir tədbirləri tətbiq etmək, tutulmuş və inzibati xətaya görə həbsə alınmış şəxsləri saxlamaq, icazə-qeydiyyat işlərini aparmaq, əməliyyat-axtarış fəaliyyətini və sairi həyata keçirməkdən ibarətdir.

Ölkəmizdə ictimai-siyasi sabitliyin mühafizəsində və sosial-iqtisadi inkişafın davamlı təmin olunmasında Azərbaycan polisinin özünəməxsus yeri və böyük uğuru vardır. Azərbaycan polisinin öz üzərinə düşən vəzifənin öhdəsindən şərəf və ləyaqətlə gəlməsi də danılmaz bir həqiqətdir.

Polislər günün istisində, yağışda, qarda, küləkdə, dumanda bir sözlə hava şəraitinin yaratdığı narahatlıqlara heç bir məhəl qoymadan küçələrdə ictimai asayişi qoruyaraq öz vəzifə borclarını sədaqətlə yerinə yetirirlər. Polislərin işi hər zaman ağırıdr, lakin ölkəmizdə qeyd olunan əlamətdar günlərdə onların işi xüsusən də Dövlət Yol Polisi əməkdaşlarının işi daha ağır olur, ancaq buna baxmayaraq onlar öz vəzifələrini çox böyük diqqət və məsuliyyətlə yerinə yetirirlər.

Məlumdur ki, 2022-ci il iyunun 12-də Bakı altıncı dəfə "Formula 1" üzrə Azərbaycan Qran-prisinə ev sahibliyi etdi. Bilirik ki, avtoidmanın zirvəsi hesab olunan yarışları işıqlandırmaq üçün hər il yüzlərlə xarici jurnalist paytaxta səfər edir və bu il bu yarış xüsusi marağa səbəb olub, ona görə ki, Bakıdakı bu yarış ənənəvi media ilə yanaşı, sosial mediada da gündəmdə olub. Diqqətə çatdırmaq lazımdır ki, həmin bu yarışda çoxlu sayda insanlar iştirak ediblər və bu cür izdihamlı yarışda hər hansısa problemin yaranmasının qarşısını almaq, asayişi qorumaq üçün Azərbaycan Dövlət Yol Polisi hər zaman olduğu kimi məhz o gündə də çox böyük əzmlə fəaliyyət göstərirdi. Buna görə də bütün asayiş keşikçilərinə dərin minnətdarlığımızı bildiririk. Yaxşı ki, onlar var, yaxşı ki, onlar Azərbaycanın igid oğullarıdırlar. Siz Ölkəmizdə ictimai-siyasi sabitliyi mühafizə edirsiniz, Allah da Sizləri qorusun qanun keşikçilərimiz!



XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi