hia.az
hia.az

Azərbaycan bu ölkələrdən məhsul idxal edib

183 dəfə baxılıb 16-06-2022, 00:00

Azərbaycan bu ölkələrdən məhsul idxal edib


2022-ci ilin yanvar-aprel aylarında Azərbaycanın məhsul idxal etdiyi əsas ölkələr məlum olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərinin 17,2 faizi Rusiya, 17,0 faizi Türkiyə, 15,4 faizi Çin, 5,0 faizi Qazaxıstan, 4,6 faizi Almaniya, 3,7 faizi İran, 2,7 faizi ABŞ, hər biri 2,4 faiz olmaqla İtaliya və Ukrayna, 1,9 faizi Koreya, 1,7 faizi Birləşmiş Krallıq, hər biri 1,6 faiz olmaqla Yaponiya və Fransa, hər biri 1,4 faiz olmaqla Türkmənistan və Hindistan, 1,1 faizi Norveç, 1,0 faizi İndoneziya, 17,9 faizi isə digər ölkələr ilə aparılmış idxal əməliyyatlarının payına düşüb.

Ümumilikdə qeyd olunün müddət ərzində Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 155 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 104 ölkəyə məhsul ixrac olunub, 144 ölkədən idxal olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi