hia.az
hia.az

“Birimiz od, digərimiz su olduq, ocağımız söndü”

129 dəfə baxılıb 11-06-2022, 13:37

“Birimiz od, digərimiz su olduq, ocağımız söndü”


“Mən ailəmə xəyanət etməmişəm”.

Bu sözləri bloqer Aynişan Quliyevanın keçmiş həyat yoldaşı Kənan Alıyev Nail Naiboğlunun “Qırmızı” proqramında deyib.

Əməkdar artist Aybəniz Haşımovanın qızı ilə evliliyi haqda ilk dəfə danışan K.Alıyev bildirib ki, xəyanəti istəsə belə, edə bilməzdi: “Xəyanət heç bir halda bağışlanmaz bir hərəkətdir. Mənim xəyanət etməyim bir ara gündəm olmuşdu. Amma şayiələrə cavab vermirəm. Sizcə, mən və xanımım yetəri qədər tanınmırmı? Kiməsə yazıb, görüşmə şansım varmı? Yəni mən bunu istəsəm belə, edə bilərəmmi? Heç kimə xəyanət etməmişəm. Yazmağına yazmışam. Bir oyuna düşmüşəm, yazmışam. Deyə bilməzlər ki, Kənan ailəli ola-ola hansısa qızla görüşüb. Kim necə istəyir elə anlayır”.

Aynişanla tanışlığından danışan Kənan ayrılıqları ilə bağlı verilən sualı cavablandırmayıb: “Bu barədə danışmamışam. Danışmağa da niyyətim yoxdur. Adı üstündə, şəxsi həyatımdır. Heç bir yerdə səsləndirmərəm, səsləndirməsinə də, icazə vermərəm. Çünki o, mənim ailəm olub. Bəzən elə bilirdim, eyni insanıq. Xüsusiyyətlər insanı bir yerə qədər aparır, xarakter isə fərqlidir. Bizə dedilər, biriniz od, digəriniz su olun. Biz də belə etdik, ocağımız söndü.

Hal-hazırda evlilik barədə düşünmürəm. Mənə ünvanlanan sualların 70%-i budur: Həyatınızda kimsə varmı? Heç kimə cavab vermirəm”.


“Birimiz od, digərimiz su olduq, ocağımız söndü”


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi