hia.az

Polis mayoru ağır qəzaya düşdü

206 dəfə baxılıb 8-06-2022, 11:46

Polis mayoru ağır qəzaya düşdü


Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.

Parlamentinsesi.az "qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Hacıməlik qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 1978-ci il təvəllüdlü Qasımov Qubat idarə etdiyi "Khazar" markalı minik maşını ilə hərəkətdə olan zaman avtomobilin təkərinin partlaması nəticəsində idarəetməni itirib.

Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Məlumata görə, polis mayoru olan Qubat Qasımov Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci polis şöbəsinin əməkdaşıdır.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi