hia.az
hia.az

Bakıda sevgilisinə görə özünü yandıran QIZ öldü

170 dəfə baxılıb 7-06-2022, 14:41

Bakıda sevgilisinə görə özünü yandıran QIZ öldü


Bakıda sevgilisinə görə özünü yandıran qız vəfat edib.

Parlamentinsesi.az "Qafqazinfo"ya istinadən bildirir ki, iyunun 5-nə keçən gecə Səbail Rayon Polis İdarəsinin Bayılda yerləşən 8-ci Polis Bölməsinin yaxınlığında üzərinə benzin tökərək özünə od vuran 1990-cı il təvəllüdlü Ə.Əliyeva (şərti) Respublika Yanıq Mərkəzində dünyasını dəyişib.

Qeyd edək ki, hadisə vaxtı polis əməkdaşları müdaxilə edərək alovu söndürüblər və Ə.Əliyeva təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, iyunun 4-də axşam saatlarında Ə.Əliyevanın qeyri-rəsmi nikahda yaşadığı 1994-cü il təvəllüdlü Ə.Quliyev (şərti) polis əməkdaşları tərəfindən saxlanılıb. Belə ki, Bayıl qəsəbəsində Ə.Quliyevin sevgilisi ilə münaqişə yaradaraq ictimai yerdə asayişi pozduğunu görən polis əməkdaşları onu saxlayaraq 8-ci Polis Bölməsinə gətiriblər. Burada Ə.Quliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 535-ci (polisin qanuni tələbinə qəsdən tabe olmama) maddəsi ilə protokol tərtib edilib və o, iyunun 5-də məhkəməyə göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi