hia.az
hia.az

Hərbçilərin olduğu qayıq batdı - YENİLƏNİB

105 dəfə baxılıb 3-06-2022, 13:53

Hərbçilərin olduğu qayıq batdı - YENİLƏNİB


Fövqaladə Hallar Nazirliyi Kür çayında baş verən hadisəyə münasibət bildirib.

Nazirliyin Mətbuat Xidmətindən veirlən məlumata görə, dünən axşam saatlarında baş verən hadisə zamanı istifadə olunan qayıq hər hansı rəsmi qeydiyyata alınmayıb:

"Qayıq kustar üsulla hazırlanıb və rəsmi qeydiyyatı yoxdur. Qayıq batarkən içində 11 sərnişin olub və onlar sağ salamat qurtularaq sahilə çıxarılıb".

***

09:29

Mingəçevirdə Kür çayında hərbçilərin olduğu qayıq batıb.

Hərəkətə başladığı zaman qayığa gözlənilmədən su dolmağa başlayıb. Nəticədə qayıq batıb.

Batan qayıqdan suya atılan 11 sərnişin ətrafdakı insanların köməyi ilə sahilə çıxarılıb. Qayığı əlavə texnikanın köməyi ilə sudan çıxarıb sahilə gətirmək mümkün olub.

Hadisə nəticəsində ölən və ya ağır xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi