hia.az
hia.az

Rusiya Zəngəzur ermənilərinə yardım edəcək

298 dəfə baxılıb 26-05-2022, 14:04

Rusiya Zəngəzur ermənilərinə yardım edəcək


Rusiya Zəngəzurda yaşayan ermənilərə yardım edəcək.

Parlamentinsesi.az xəbər verir ki, bu barədə mayın 26-da Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin Zəngəzurun qubernatoru Robert Qukasyan və Kapan şəhərinin meri Gevorq Parsyanla görüşündə deyib.

Rusiya səfirliyinin mətbuat xidmətindən verilən məlumatda qeyd olunub ki, Moskva Qarabağa yaxın ərazidə yaşayan Zəngəzur ermənilərinə humanitar təşəbbüslərindən əl çəkmir.

Bundan başqa, səfir əlavə edib ki, Rusiya Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşmasına hər cür töhfə verməyə hazırdır. O cümlədən, Rusiya hökumətinin İrəvan və Bakının dövlətlərarası sərhəddə sülh şəraitində birgə fəaliyyətini alqışladığı vurğulanıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi