hia.az

Bulvarda 203 metrlik Aypara Sarayı… - Foto

501 dəfə baxılıb 20-05-2022, 18:13

Bulvarda 203 metrlik Aypara Sarayı… - Foto


Xəzər sahilində, bulvar ərazisində xüsusi dizaynı ilə seçilən binalardan biri də “Aypara sarayı və şəhərciyi”dir.

Kompleksin təməli 2013-cü ilin avqustunda atılıb. Tikintiyə isə 2019-cu ildə Nazirlər Kabineti tərəfindən rəsmi şəkildə icazə veriləndən sonra başlanılıb və hələ də davam edir.

Paşa İnşaat MMC-dən bildirilib ki, binanın təhvil veriləcəyi tarix hələ dəqiq məlum deyil.

Qeyd edək ki, layihə haqqında ilk dəfə 2008-ci ilin fevralında Koreyanın “Heerim Architects” şirkəti məşhur memarlıq icmalı skyscrapernews.com saytında məlumat paylaşıb. 57,2 metr hündürlüyü olan “Aypara sarayı” 32 mərtəbədən ibarətdir. Binada 128 modern yaşayış mənzili olacaq.

“Aypara oteli”nin isə hündürlüyü 166,6 metr, mərtəbələrinin sayı 36-dır. Binalar arasında ən uca “Aypara şəhərciyi”dir ki, hündürlüyü 203,8 metrə çatır və 41 mərtəbədən ibarətdir. Bu binada yalnız ofislər yerləşəcək.
Bulvarda 203 metrlik Aypara Sarayı… - Foto


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi