hia.az

DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü

252 dəfə baxılıb 19-05-2022, 12:55

DİN Bəxtiyar Hacıyevə qoyulan “stop”u götürdü


İctimai fəal Bəxtiyar Hacıyev Daxili İşlər Nazirliyi tərəfindən ölkədən çıxışına qadağa qoyulduğunu bildirib.

Parlamentinsesi.az xəbər verir ki, bu barədə o, feysbuk səhifəsində paylaşım edib. Hacıyev bildirib ki, xaricə getmək istəyərkən hava limanında ona ölkədən çıxışının qadağan olunduğu bildirilib.

Qısa müddət sonra isə o növbəti paylaşım edərək problemin həll olunduğunu qeyd edib: “Xeyli araşdırandan sonra dedilər ki, açılıb-bağlanmış bir işdə şahid olduğum üçün ötən il “saxla” qoyulubmuş. “Saxla” əmrini rəsmi qaydada qoymaq lazımdır ki, səfərdən əvvəl DİN-in saytında yoxlayıb vaxtında tədbir görək. Saytda isə “stop” yox idi. Hətta səhər hava limanında da yoxlayanda yox idi. İki saat saxlanılıb ora-bura aparılandan sonra son anda təyyarəyə çatdım”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi