hia.az

MDB Sərhəd Xidməti rəhbərlərinin görüşü keçirildi

252 dəfə baxılıb 18-05-2022, 15:29

MDB Sərhəd Xidməti rəhbərlərinin görüşü keçirildi


MDB-yə üzv ölkələrin Sərhəd Xidməti rəhbərləri Qazaxıstanın Türküstan şəhərində Birliyin xarici sərhədlərinin mühafizəsində əməkdaşlığı müzakirə edib.

Parlamentinsesi.az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Təhlükəsizlik Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Sərhəd Qoşunları Komandanları Şurasının iclasında sərhəd təhlükəsizliyi sisteminin formalaşması və ortaq xüsusi əməliyyatların keçirilməsi barədə razılıq əldə olunub.

İclasda Azərbaycan, Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və Belarusun nümayəndə heyətləri qatılıb.

Növbəti iclasın 2022-ci ilin ikinci yarısında Tacikistanda keçirilməsi qərara alınıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi