hia.az
hia.az

Havalar niyə sərin keçir? - Mütəxəssis fantastik iddialara cavab verdi

562 dəfə baxılıb 8-08-2019, 16:05

Havalar niyə sərin keçir? - Mütəxəssis fantastik iddialara cavab verdi
Bu il yay ayının əvvəlki illərə nisbətən sərin keçməsinin astroloji hər hansı proseslə bağlılığı yoxdur. Hava kütlələrinin hərəkəti ilə bağlıdır.

Bunu parlamentinsesi.Az-a Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktor müavini Məhərrəm Həsənov deyib.

Onun sözlərinə görə, xeyli vaxtdır respublikamıza şimal və şimal-qərb istiqamətli hava kütlələri gəlir. Bu hava kütləsi də onun nəticəsidir.

“Şərqi Avropa üzərində siklon yaranıb. Bu, təqribən Almaniya, Polşa, Çexiya üzərindədir. Həmin siklon tədricən şərqə doğru hərəkət edir. Bizə isə qərb istiqamətindən daxil olur. O siklonun da gətirdiyi hava kütləsi mülayim qurşaqda 55-60 dərəcədə yarandığına görə bir qədər rütubətlidir.

Həmin hava kütləsi Azərbaycana daxil olduğu üçün havada yağıntı müşahidə olunur. Amma bu, yayın soyuq keçməsi demək deyil. Belə hava şəraiti bir neçə gün davam edəcək”.

M.Həsənov havaların dəyişməsinin Ayın Yerə yaxınlaşması səbəbindən baş verdiyinə dair iddialara da cavab verib:

“Günəşlə Ayın arasında olan məsafə 150 milyon kilometrdir. Deyilənlərin hamısı sensansiya yaratmaq məqsədi daşıyır. Fərziyyəyə əsaslanan fantastik şeylərdir. Çünki planetlərin hər birinin özünün sabit orbiti var.

Planetlərin hər birinin cəzbetmə qüvvələri bərabərdir. Ona görə də onların öz orbitindən çıxması, hansısa planetlə toqquşması o qədər də ciddiyə alınan fikirlər deyil. Məsələn, Günəşin sönəcəyini bildirirdilər. Olmayanda isə bunun 30-36 milyard ildən sonra gözlənildiyini dedilər”.

Məhərrəm Həsənov bundan sonra kəskin istilərin olması ehtimalının az olduğunu qeyd edib:

“Amma indidən qışın mülayim və ya sərt keçəcəyini demək qeyri-ciddidir. Bu barədə irəli sürülən fikirlərə bəzən xalq metodologiyası deyirlər. Onun elmi əsası olmur”.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi