hia.az
hia.az

Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı

268 dəfə baxılıb 16-05-2022, 16:49

Türkiyədə “SAT” imtahan suallarını satan azərbaycanlılar saxlanıldı


Türkiyənin paytaxtı Ankarada “Scholastic Aptitude Test” (SAT) imtahanının suallarını satmaqda şübhəli bilinən 6 nəfər saxlanılıb.

Parlamentinsesi.az “NTV”yə istinadən xəbər verir ki, saxlanılan şəxslər sırasında Azərbaycan və İran əsilli vətəndaşlar da var.

Sözügedən şəxslər imtahan suallarını 2-3 min dollara satmaqda şübhəli bilinirlər.

Bildirilir ki, polisin həyata keçirdiyi əməliyyat nəticəsində Efsane G., Farnaz H., Fuad K., Alakbar K., Saeed K. ve Ali A. adlı şəxslər saxlanılıb. Saxlanılan şəxslərin yaşadıqları ünvanlarda aparılan axtarış tədbirləri zamanı 18 “SAT” imtahanı sual kitabçası, eləcə də çox sayda elektron materiallar aşkar olunub.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi