hia.az
hia.az

Şou əhli Elinanın ölümünə biganə qalmadı: "Pozğun direktordur"

561 dəfə baxılıb 19-04-2019, 14:33

Şou əhli Elinanın ölümünə biganə qalmadı: "Pozğun direktordur"






162 saylı məktəbdə intihar edən 8-ci sinif şagirdi Elina Hacıyevanın ölüm hadisəsinə şou əhli də etiraz edir və uzgun olduqlarını bildirirlər

"Parlamentınsesi.az" xəbər verir ki, sənət adamları da məsələyə biganə qalmayıblar. Onlar İnstaqram səhifəsində paylaşım edərək ölkə başçısına müraciət ünvanlayıblar.

Əməkdar artist Tünzalə Ağayeva məsələyə baxılması üçün müraciət ünvanlayıb və bunları qeyd edib:

"Dövlətimizin və qanunlarımızın bu məsum balanın ölümünə səbəb olanları ciddi məsuliyyətə cəlb edəcəyini mən də gözləyirəm. Həyatımda Sura kimi bir məsum qızımızı da itirmişəm... İndi Elina... Hələ nə qədər belə xəbər olacaq?!!! Bəli, o məktəbdəki qansızlar, səbəbkar olan hər kəs cəzasını çəkməlidir və çəkəcəklər də, İnşallah. Üzümü valideynlərimizə tuturam, biz analar, atalar öz uşaqlarımızı nə qədər tanıyırıq? Bəli, məhz tanıyırıq? Onlarla evdəki, ailədəki münasibətimizə nə qədər həssas yanaşırıq? Böyüməkdə olan oğlan və qızlar öz ata-analarının sevgi, anlayışlı münasibətini nə dərəcədə, hansı səviyyədə görə bilirlər, ordan bəhrələnə bilirlər? Axı hər övlad öz ailəsinin güzgüsüdür deyirik? Əgər oğlan evdə atasının anasına pis münasibətini daim görürsə, onun məktəbdə qızlara nə münasibəti olacaq? Yaxud, ataları və ya anaları tərk etmiş qızlar, oğlanlar ətraflarına hansı münasibət göstərirlər və ya onlara nə münasibət var?

Bu gün ailə, məktəb, cəmiyyət hələ də bir yerdə ola bilmirik demək... Belə faciəvi nəticələrə qatlanmaq yolunu seçməməliyik. İlk addım, hər şey ailədən başlayır, məktəb ciddi məsuliyyət daşıdığı kimi, biz valideynlər də uşaqlarımızın məktəbdəki, cəmiyyətdəki davranışını, özgüvənini, psixoloji vəziyyətini çox yaxşı bilməliyik və övladlarımıza doğru münasibət göstərməklə həyatı məsuliyyət daşıyırıq".

Aparıcı Lamiyyə Ələkbərova "Bu körpənin ölümündə günahı olan hər kəs cəzalanmalıdır. Allah sənə rəhmət eləsin körpə" sözlərini yazıb.

Aparıcı Kamilə Babayeva isə "Son vaxtlar nəfəsim daralıb, mənim baharım gəlsə də, könlüm açılmır. Özümüz cənnət və cəhənnəmimizi yaradanlarıq. Nədənsə ikinciyə meyil çoxdur. Nə baş verdi, nə oldu, nə dəyişdi? Niyə doğrunu görməzdən gəlib, yanlışların qurbanı oluruq?" sözlərini qeyd edib.

Xalq artisti Naibə Allahverdiyeva isə məktəbli uşağın başına açılan oyunu qınayıb: "Bu balanın qanı yerdə qalmamalıdır. Günahkarlar cəzasını almalıdır. Bu yaşda olan uşaqlarda psixoloji dəyişikliklər baş verir. İnstaqram bağlansın, yoxsa gələcəyimiz məhv olacaq".

Müğənni və aparıcı Murad Arif isə baş verən hadisələrdə məktəb müdirlərini günahlandırıb: "Ölkəmizdə məktəb müdirlərini kim və hansı prinsiplə təyin edir? Şübhəsiz ki, təhsil ocaqlarındakı sistematik problemlərin məsuliyyəti medirlərin üzərindədir...

Məncə, bu təyinatların forması və üsuluna yenidən, yaxşı-yaxşı baxılmalıdır. İslahat deyiriksə, islahat budur. Fərdi araşdırmalar effekt vermir artıq. Bu adamlar (Məktəb müdirləri) özlərini ağa kimi hiss edir. Ümumi danışmaq istəmirəm, amma əksəriyyəti belədir! Bu ənənəni pozmaq lazımdır. Başa salmaq lazımdır ki, sən məktəb müdirisənsə, dədənin idarəsi deyil! Sən pulla, "tapş”la təyin olunmusansa, əbədi deyilsən... Özləri anlamırsa, sistem, şərtlər, qanunvericilik bunu diqtə etməlidir".

Xalq artisti Nərgiz Cəlilova "Onun da xəyalları, arzuları var idi! Biz niyə bu qədər acımasız, laqeyd olduq?! Biz niyə bu qədər sevgi bilməz olduq?!" deyərək, üsyan edib.

Prodüser Tarix Əliyev isə "O direktor başda olmaqla, qızın ölümündə kimin əli varsa, hamısını tutub, türməyə salmaq lazımdır. İndi bir iş var, bu yaşayan qızın təhlükəsizliyini kim qoruyacaq? Sabah bu qızın başına iş gəlsə, kim cavab verəcək? Bu oğlan kimdir, kimin oğludur? Tapıb, məsuliyyətə cəlb olunmalıdır. Bunlar pozğun məktəb müəllimləri və direktor imiş. Bu qızın ölümündə məktəbdə çalışan hər kəs günahkardır. Bir qızın həyatını bilə-bilə əlindən alıblar!" deyərək, fikir bildirib.

Xalq artisti Zülfiyyə Xanbabayeva isə "Heyif, çox heyif. Ürəyim parçalandı. Xilas etmək olardı!" sözlərini yazıb.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi