hia.az

Famil Babayev Rusiyada vəfat etdi

255 dəfə baxılıb 29-03-2022, 10:49

Famil Babayev Rusiyada vəfat etdi


Azərbaycan Silahlı Qüvvələrin sabiq Baş cərrahı, tibb xidməti polkovniki Famil Babayev vəfat edib.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, o, 56 yaşında Rusiyanın Tver şəhərində dünyasını dəyişib.

Qeyd edək ki, AR Silahlı Qüvvələrin sabiq Baş cərrahı, tibb xidməti polkovniki, tibb elmləri doktoru Famil Əlikərim oğlu Babayev on ilə yaxın bu vəzifədə çalışıb. Famil Babayev 2017-ci ildə ordu sıralarından tərxis olunduqdan sonra, Tver Tibb Universitetinin fakültə cərrahiyyə kafedrasının professoru, 2018-ci ildə isə bu kafedranın müdiri vəzifəsində çalışıb. 2021-ci ilin sentyabrdan isə Universitet Klinikasının fəaliyyətinə nəzarət edən tibb işləri üzrə prorektorun köməkçisi vəzifəsinə təyin edilib. 2019-cu ilin iyun ayından o, həm də 2021-ci ilin sentyabr ayına kimi 6 saylı Şəhər Klinik Xəstəxanasının cərrahiyyə şöbəsinə rəhbərlik edib
Famil Babayev Rusiyada vəfat etdi


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi