hia.az
hia.az

Nazirlər Hacıqabulda təməlqoyma mərasimində - FOTO

513 dəfə baxılıb 19-04-2019, 09:39

Bu gün Hacıqabul Sənaye Məhəlləsində “Azərmaş Sənaye” MMC-nin avtobus və yük maşınlarının istehsalı zavodunun təməlqoyma mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki yeni, təməlqoyma mərasimində İran İslam Respublikasının sənayə, mədən və ticarət naziri Rza Rəhmani və Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev iştirak edib.

Bildirilib ki, zavodda avtobus və yük maşınları istehsal ediləcək. Layihənin ümumi dəyəri 10 milyon avrodur. İlkin mərhələdə altı, ikinci mərhələdə isə dörd milyon avro vəsait ayrılacaq.

Zavodun istehsal gücü birinci mərhələdə 500 ədəd avtobus və yük avtomobili, ikinci mərhələdə 1000 istehsal gücünə malikdir.

Kompleksin ərazisi beş hektardır. Zavodda birinci mərhələdə 100, ikinci mərhələdə 200 işçi çalışacaq. Texnologiya və avadanlıqlar İsveç, Türkiyə, Almaniyadan gətiriləcək.

Modelindən asılı olaraq, bir avtobusun dəyəri 135-200 min avro məbləğində, bir yük maşınının dəyəri isə 70-90 min avro olacaq.

Satış bazarları MDB ölkələri, Orta Asiya, İran və Pakistandır.

Qeyd edək ki, Hacıqabul Sənayə Məhəlləsində İran və Azərbaycan nümayəndələri arasında ikitərəfli görüşlər keçirilir.
Nazirlər Hacıqabulda təməlqoyma mərasimində - FOTO


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi