hia.az

Dohada Əminə Cabbarla Çavuşoğlu arasında görüş keçirildi

303 dəfə baxılıb 26-03-2022, 18:02

Dohada Əminə Cabbarla Çavuşoğlu arasında görüş keçirildi


Qətərin paytaxtında keçirilən "Doha Forumu”nda Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və Ukraynanın xarici işlər nazirinin müavini Əminə Cabbar arasında görüş olub.

Bu barədə ukraynalı siyasətçi tviterdə yazıb.

"Türkiyəyə Ukrayna ilə sarsılmaz həmrəyliyinə, Rusiya təcavüzünə son qoyulması istiqamətində əməli siyasi və humanitar dəstəyə, həmçinin Ukraynanın təhlükəsizliyinin təminatçılarından biri olmaq məsələsini nəzərdən keçirməyə hazır olduğuna görə təşəkkür etdim”, - Ə.Cabbar vurğulayıb.

Qeyd edək ki, Ukrayna XİN başçısı Dmitro Kulebanın birinci müavini olan Əminə Cabbar bu qurumda Krım türklərinin ilk nümayəndəsidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi