hia.az
hia.az

Ukraynada hərbi vəziyyət rejimi 1 ay uzadıldı

218 dəfə baxılıb 15-03-2022, 13:04

Ukraynada hərbi vəziyyət rejimi 1 ay uzadıldı

Ukrayna prezidenti Volodimir Zelenski Ali Radaya hərbi vəziyyət rejiminin uzadılması ilə bağlı qanun layihəsi təqdim edib.

Bu barədə parlamentarilərə göndərilmiş qanun layihəsində deyilir.

Təqdimata əsasən, Zelenski Ukraynada hərbi vəziyyətin 30 gün müddətinə uzadılmasını təklif edir.

Bundan sonra xalq deputatları dövlət başçısının müvafiq fərmanını təsdiq etməlidir.

Ukraynada və ya onun ayrı-ayrı ərazilərində hərbi vəziyyət Ukrayna Prezidentinin fərmanı ilə tətbiq edilir, Ali Rada onu Prezidentin müraciət etdiyi gündən iki gün ərzində təsdiqləməlidir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi