hia.az
hia.az

Azərbaycan Avropaya qaz tədarükünü artıracaq

246 dəfə baxılıb 13-03-2022, 01:58

Azərbaycan Avropaya qaz tədarükünü artıracaq


Cənub Qaz Dəhlizi istehlakçıları fasiləsiz və münasib qiymətə qazla təchiz etməklə uğurlu layihə olduğunu təsdiqləyib.

Bunu Antalya Diplomatiya Forumunda energetika naziri Pərviz Şahbazov deyib.

Nazir bildirib ki, TAP istismara veriləndən indiyə qədər Avropaya 9,7 milyard kubmetr qaz ixrac edilib: "Bu il qaz ixracımız Türkiyəyə 8,2 milyard kubmetrə, Avropaya isə 9,1 milyard kubmetrə qədər artacaq”.

P.Şahbazov onu da əlavə edib ki, dəhlizin unikallığı Cənub Qaz Dəhlizinin yeni istehlak istiqamətləri kimi, tədarük mənbələrinin də şaxələndirilməsini mümkün edir.

"Azərbaycanın nəhəng qaz ehtiyatları, mövcud infrastruktur və müxtəlif ölkələrin Azərbaycan qazına marağı dəhlizin genişləndirilməsini aktuallaşdırıb. Artıq bu istiqamətdə fəaliyyətə başlamağın zamanıdır".


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi