hia.az
hia.az

Sabah bu yollar bağlı olacaq

177 dəfə baxılıb 25-02-2022, 12:12

Sabah bu yollar bağlı olacaq

Bakının Xocalı prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, Xocalı soyqırımının 30-cu ildönümü ilə əlaqədar prospektdə yerləşən “Ana fəryadı” abidəsi önündə anım tədbiri keçiriləcək.

Bayraq Meydanından Neftçilər Prospekti ilə bütün kəsişmələr, Parlament, Mikayıl Müşfiq istiqamətində yol bağlanılacaq və Səməd Vurğun, Bülbül, Azadıq prospekti, Kövkəb Səfərliyeva istiqamətində dəyişidiriləcək.

"Neftçilər prospektinə çıxışlar tam bağlanılacaq. Yusif Səfərov küçəsi kəsişməsindən Xocalı prospekti boyunca Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinədək avtomobillərin hərəkətinə tam məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək. Hərəkət Neftçilər prospekti Yusif Səfərov küçəsi kəsişməsindən düzünə 8 Noyabr prospekti, Babək prospektindən Nəcəfqulu Rəfiyev küçəsi kəsişməsinə isə yalnız düzünə Heydər Əliyev prospekti istiqamətindən müəyyən edilib. Anım mərasimi ilə əlaqədar Xocalı prospektində və bu istiqamətdə kəsişən və ya paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində də avtomobillərin hərəkəti məhdudlaşdırılacaq və istiqaməti dəyişdiriləcək", - deyə A.Əsgərli qeyd edib.

DYP rəsmisi sürücülərə mərasimin ölkə əhəmiyyətli olduğunu nəzərə alaraq qeyd edilən istiqamətlər üzrə şəxsi avtomobillərdən istifadə etməməyi, anım mərasimində iştirak etmək istəyənlərə ictimai nəqliyyata üstünlük vermələrini tövsiyə edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi