hia.az
hia.az

"Rusiya sülh yolu ilə həll üçün hər şeyi edir” - Putin

242 dəfə baxılıb 21-02-2022, 21:59

"Rusiya sülh yolu ilə həll üçün hər şeyi edir” - Putin

Kiyev hakimiyyəti Minsk razılaşmalarını icra etməyə hazırlaşmır.

Bunu Rusiya Prezidenti Vladimir Putin Təhlükəsizlik Şurasının növbədənkənar təcili iclasında çıxışında bildirib.
O, Ukraynanın Minsk razılaşmalarını həyata keçirməyə hazırlaşmadığını və onların bunu dəfələrlə bəyan etdiyini söyləyib: “Kiyev real olaraq Minsk razılaşmalaırnın icrası ilə bağlı heç nə etməyə hazırlaşmır. Lakin Rusiya vəziyyətin sülh yolu ilə həlli üçün hər şeyi edir”.

Putin Ukraynadakı separatçı respublikaların müstəqilliyinin tanınması məsələsinin nə ilə bağlı olduğuna da aydınlıq gətirib. Onun sözlərinə görə, separatçı “DXR” və LXR”-in tanınması məsələsi dünyada və xüsusən də Avropada qlobal təhlükəsizliyin təminatı problemləri ilə sıx bağlıdır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi