hia.az
hia.az

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

217 dəfə baxılıb 20-02-2022, 00:01

Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 3 690 yeni yoluxma faktı qeydə alınıb, 6 963 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Xatırladaq ki, 18 Fevral 2022-ci il tarixində 3817 yoluxma faktı və 25 ölüm qeydə alındığı açıqlanmışdı. 09 Fevral 2022-ci il tarixində açıqlanmış fakt (7779) bugünədək qeydə alınmış ən yüksək günlük yoluxma sayıdır.

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 36 569 vaksin vurulub.

Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 738, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1 555, üç və daha çox doza vaksinlərin sayı 30 174, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2 102-dir.
Azərbaycanda koronavirus ilə bağlı son vəziyyət açıqlandı


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    May 2025    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi