hia.az
hia.az

Azərbaycanın nümayəndə heyəti Ermənistana gedəcək

224 dəfə baxılıb 16-02-2022, 14:01

Azərbaycanın nümayəndə heyəti Ermənistana gedəcək

Bu il fevralın 19-22-də İrəvanda Avronest Parlament Assambleyası Bürosunun iclasları keçiriləcək. Assambleyanın Siyasi, İnsan Haqları və Demokratiya, Enerji Təhlükəsizliyi, İqtisadi İnteqrasiya, Hüquqi Yaxınlaşdırma və Aİ Siyasəti, Sosial Məsələlər, Məşğulluq, Təhsil, Mədəniyyət və Vətəndaş Cəmiyyəti Daimi Komitələrinin üzvləri, Avronest PA Nümayəndəliyi və Şərq Tərəfdaşlığı üzvləri Ermənistana gedəcəklər.

Bu barədə "Hraparak" qəzeti məlumat yayıb.

Qəzet bildirib ki, Azərbaycan iclasda iştirakını ilkin olaraq təsdiqləyib və nümayəndə heyətinin İrəvana gedəcəyi istisna edilmir.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi