hia.az

Universitetin bu tələbələri təhsil xərcindən azad olundu

239 dəfə baxılıb 14-02-2022, 18:45

Universitetin bu tələbələri təhsil xərcindən azad olundu

BDU-nun bu tələbələri təhsil xərcindən azad olundu

Bakı Dövlət Universiteti (BDU) Vətən müharibəsində iştirak etmiş tələbələrinin əlavə qruplar üzrə təhsil xərclərini qarşılayacaq.

Bu barədə BDU-nun Elmi Şurasının bu gün keçirilən iclasında qərar qəbul olunub.

Rektor Elçin Babayev qeyd edib ki, indiyədək Vətən müharibəsi qaziləri ilə bağlı bir neçə mühüm qərar qəbul olunub. Vətən müharibəsində iştirak etmiş BDU tələbələrinin təhsil problemləri diqqətlə təhlil edilir, onlara pedaqoji, metodiki dəstəyin göstərilməsi istiqamətində müntəzəm iş aparılır.

BDU Elmi Şurasının 2021-ci il 3 fevral tarixli iclasının qərarı ilə Vətən müharibəsi iştirakçısı olmuş altqruplarda təhsil alan tələbələrin ödənişləri təhsil müəssisəsinin büdcəsindən ödənilir. Həmçinin müharibə iştirakçısı olan tələbələrin təhsil problemlərini həll etmək üçün qanunvericiliyə uyğun bütün şərait yaradılır.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi