hia.az
hia.az

"Nə olursa olsun hazırıq" - Baydendən Ukraynaya MESAJ

220 dəfə baxılıb 1-02-2022, 12:58

"Nə olursa olsun hazırıq" - Baydendən Ukraynaya MESAJ

ABŞ prezidenti Co Bayden ölkəsinin Rusiya-Ukrayna böhranı ilə bağlı hər şeyə hazır olduğunu bəyan edib.

O, bu barədə Rusiya-Ukrayna böhranı ilə bağlı jurnalistlərə açıqlamasında deyib.

Ötən həftə Ukrayna prezidenti Vladimir Zelenski ilə məhsuldar görüş keçirdiklərini deyən Bayden bu gün Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Ukraynanın ərazi bütövlüyü və suverenliyinə dəstəklərini açıq şəkildə ifadə etdiklərini söyləyib.

"Biz irəliləməyin ən yaxşı yolu diplomatiyaya çağırmaqda davam edirik. Bununla belə, Rusiya Ukrayna ətrafında hərbi birləşmələr yaratmağa davam edir. Biz nə olursa olsun, hazırıq", - deyə Bayden qeyd edib.


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi