hia.az

Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil - Həkim

262 dəfə baxılıb 26-01-2022, 11:47

Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil - Həkim


Ölkəmizdə vaksinasiya prosesinin sürətli getməsi və virusa yoluxub sağalanların kifayət qədər olması nəzərə alınaraq karantin müddəti 14 gündən 7 günə endirilib.

Bunu Trend-in sualına cavab olaraq infeksionist-hepatoloq Mərdan Əliyev bildirib.

"Omikron" ştammı sürətli yoluxuculuq qabiliyyətinə malik olsa da, ağırlaşma ehtimalı azdır və xəstəlik sürətli başlasa belə qısa müddətdə sona çatır. Bu ştamm ilk 3 gün yoluxduruculuq qabiliyyətinə malik olur, daha sonra zəifləyir. Bütün bu reallıqlar nəzərə alınaraq, xəstələrin 7 gün karantində qalma müddəti kifayətdir. Bəzən olur ki, insanların xəstəliyi daha çox davam edir. Belə olduqda həmin şəxslərin çölə çıxması məsləhət görülmür. Xəstəliyi yüngül keçirən şəxslərə isə çölə çıxdıqda maska taxması tövsiyə olunur", - deyə o qeyd edib.

Qeyd edək ki, Nazirlər Kabinetinin karantin rejimi ilə bağlı qərarına əsasən, laboratoriya testinin nəticəsi pozitiv olan xəstələrin, həmçinin onlarla təmasda olan şəxslərin yaşayış yerində və ya olduğu yerdə təcrid olunma müddəti 14 gündən 7 günə azaldılıb. Qərar dünəndən qüvvəyə


XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
MƏDƏNİYYƏT
DÜNYA
TƏQVİM
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi